İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı... FOTO VİDEO REPORTAJ

984 24.02.2021 19:33 Reportaj A A

Bakıda son illərin ən sərt qışı keçir. Belə ki, dünən axşamdan yağan qar çovgunla müşahidə olunub. Qısa zamanda qarın hündürlüyü 20-25 santimetrə çatıb, bəzi rayonlarda isə qarın hündürlüyü yarım metri keçib.

Gecədən yağan qar magistral yolları keçilməz edib, paytaxt yollarında avtomobil qəzaları da yaşanıb, hərəkət minimal həddə düşüb. Qarın güclü yağdığı Biləcəri dairəsində də eyni durum yaşanıb. Adama elə gəlir ki, bəlkə də Bakıda ən çox qar buraya düşüb. Bir qədər ətrafa göz gəzdirəndən sonra çovğundan üzünü gizlədən, evə tələsən, qarlı yolları çətinliklə keçən piyadaları görmək olur.

Yağan qar bu ətrafda işləyən satıcıları da müşkülə salıb. Müxtəlif iaşə obyektlərinin sahibləri əllərində bellə qar təmizləməli olublar. Həmin satıcılarla həmsöhbət olduq. Deyirlər ki, son illərdə belə qarın yağması onları sevindirir. Lakin yollarda yaranan tıxac işlərini çətinə salıb.

Qarın sevincini yaşayan isə daha çox uşaqlardır. Bir neçə uşağın qartopu oynayıb, xizək sürdüyünü gördük. Söhbət etdiyimin paytaxt sakinləri  dedilər ki, ara yollar tam buz bağlamadığına görə xizəklə uzun məsafəyə sürüşə bilmirlər. Hətta içərilərində qarın bir neçə gün belə davam etməsini arzulayanlar da var idi.

Ətraflı təqdim etdiyimiz reportajda:

Alim Liftiyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR