“Azadlıq” radiosunun məlumatına görə, iyulun 29-da zərərçəkən - 2 aprel aksiyası zamanı idarə etdiyi avtobusa 1325 manat ziyan dəydiyi iddia olunan Sarvan Məhərrəmov ifadə verib.
Sürücü avtobusun şüşələrini zalda oturan müttəhimlərin sındırmadığını bildirib.
Vəkillərin tələbi ilə Sarvan Məhərrəmovun ifadəsi oxunub. O, ifadəsində şüşə sındıranların üzlərini gördüyünü deyib, əlamətlərini sadalasa da, məhkəmə zalında avtobusa kimin ziyan vurması haqda vəkillərin suallarını konkret cavablandıra bilməyib. Sürücü bunu onunla izah edib ki, aksiya zamanı adam çox olub, kimin xətər yetirdiyini görməyib.
Sarvan Məhərrəmov baş verənlərə görə polisi də günahlandırıb: “Avtobusa yüzlərlə yumruq, təpik dəyib. Mən heç kimi görə bilmədim. Məni ora polis aparmışdı. Mən istəmirəm ki, burdakı adamlar həbsdə otursun. Mən istəyirəm ki, maşınım təmir olunsun”.






