SURİYAYA HƏRBİ MÜDAXİLƏ REALLAŞMAQ ÜZRƏDİR
Konfransın yekun bəyannaməsində Suriyada güc tətbiqinə dərhal son qoyulması, Əsəd rejiminə qarşı sanksiyaların gücləndirilməsi və müxalifətin dəstəklənməsi yer alır. Eyni zamanda konfransda Suriya müxalifətinin formalaşdırdığı Milli Şura Suriya xalqının “etibar edilə biləcək təmsilçisi” kimi tanınıb.
Məlum olub ki, Səudiyyə Ərəbistanı, Qətər və digər bir sıra ölkələr Suriya müxalifətinin silahlandırılmasını təklif edir. Suriya Milli Şurası da konfransa göndərdiyi müraciətində onlara silah yardımı edilməsini xahiş edib. ABŞ prezidenti Barak Obama isə deyib ki, ölkəsi Suriyaya təzyiq göstərmək üçün bütün vasitələrdən istifadə edəcək. Həmçinin o, dünya ictimaiyyətini Əsədə qarşı “istənilən vasitələrdən” istifadə etməyə çağırıb.
Bəzi mənbələr isə ABŞ-ın Suriyaya mümkün hərbi müdaxilə planı üzərində işlədiyi haqda xəbər yayıb. Məlumata görə, ABŞ Türkiyə-Suriya sərhədləri boyu minlərlə qaçqını qəbul edə bilmək üçün neytral zona yaratmaq üçün hərbi qüvvələrdən istifadə edəcək. Bu əməliyyatın bir hissəsi kimi Suriyanın hava məkanının uçuşlara bağlanması da nəzərdə tutulur.
Siyasi şərhçi Natiq Miri hərbi müdaxilə variantını mümkün sayır. Ekspertin fikrincə, Tunisdə keçirilən konfrans Qərbin Bəşər Əsəd rejimini müdafiə edən Rusiya və Çinə qarşı koalisiyası idi: “Mənə elə gəlir ki, Tunis konfransında qəbul edilən sənəd BMT TŞ-də Rusiya və Çin baryerini aşmaq üçün mühüm vasitə idi. Bu qətnaməni çıxarmaqla dünya gücləri Rusiya və Çini oyundan kənar vəziyyətə saldılar. İndiki şəraitdə Rusiyanın Əsədi müdafiə imkanları xeyli məhdudlaşıb. İndi sırada Suriyada hakimiyyətin dəyişməsi prosesi dayanır. Düşünürəm ki, hansı vasitə ilə olmasından asılı olmayaraq bu, baş verəcək. Mənə elə gəlir ki, artıq hərbi müdaxilə məsələsi gündəlikdə dayanır. Ancaq hesab edirəm ki, bu, daha çox təzyiq vasitəsi olacaq. Əgər Əsəd inad etməkdə davam etsə, o zaman hərbi müdaxilə qaçılmaz olacaq, çünki Suriyada hər gün insanlar ölür”.
Siyasi şərhçinin fikrincə, hazırda elə vəziyyət yaranıb ki, Bəşər Əsəd özü öz taleyi ilə bağlı qərar vermək imkanında deyil. Ekspertə görə, Rusiya və Çin də Suriya lideri barədə birmənalı qərar verə bilmir. İndi hər şey beynəlxalq aləmin verəcəyi qərarlara bağlıdır. N.Miri bu prosesin uzun zaman davam etməyəcəyini və Suriyada rejimin yaxın zamanlarda dəyişdiriləcəyini güman edir.
Ancaq hələlik Dəməşq silahlı müqaviməti davam etdirir. Eyni zamanda İraq müharibəsi göstərdi ki, Amerikanın BMT qərarı olmadan hərbi əməliyyatlara başlaması bu ölkənin dünyadakı imicinə ciddi zərbə vurdu. Ancaq Natiq Miri indi situasiyanın fərqli olduğunu düşünür: “Beynəlxalq birlik bu məsələyə görə Amerikanı tənqid edəcək. Ancaq onu da unutmaq olmaz ki, indi situasiya fərqlidir. Bəşər Əsəd rejimi öz legitimliyini itirib və dünya ölkələrinin əksəriyyəti ona qarşıdır. Doğrudur, düşünmürəm ki, Suriya məsələsində NATO müdaxiləsinə ehtiyac olsun. Ancaq o da var ki, əksər dünya ölkələri Əsəd rejiminin getməsini dəstəkləyir və bu prosesdə Suriyanın qonşusu olan Türkiyənin də mühüm rolu olacaq”.