Suriyaya gedən güləşçi tapıldı və danışdı: “Narahat olmayın, yaxşıyam”
Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib.
Bu barədə azvision.az-a idmançının ailəsi məlumat verib. Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.
“Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemim yoxdur”-deyə, güləşçi anası ilə söhbətində bildirib.
Əslən Kəlbəcər rayonundan olan R.Baxşəliyev dəfələrlə respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir. O Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib.
Onu da qeyd edək ki, Rəşad Baxşəliyevin Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə getməsi ilə bağlı ilk məlumatı da adıçəkilən sayt yayıb.






