Suriyanın havadan müdafiə sistemi tam döyüş hazırlığı vəziyyətinə gətirilib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bun barədə İranın FARS agentliyi Suriyanın hərbi dairələrindəki mənbələrinə istinadla məlumat yayıb.
Xatırladaq ki, Suriyanın baş naziri Vail Halki ötən gün Qərb ölkələrinin münaqişəyə müdaxilə ehtimalını şərh edərkən deyib ki, Suriya ordusu bütün çağırışlara cavab verməyə hazırdır. “Ordu səfərbər olunub. Ordu istənilən çağırışları və ssenariləri qarşılamağa hazırdır”, deyə baş nazir bəyan edib.
“Suriya havadan müdafiə sistemi tam döyüş hazırlığı vəziyyətinə gətirilib və istənilən hava hədəfini vurmağa qadirdir. ABŞ hərbi əməliyyat olacağı təqdirdə “Kruz” və “Tomaqavk” tipli raketlərdən istifadə etmək niyyətindədir, lakin Suriyanın radio-lokasiya stansiyaları raketlərin hədəfə çatmağına 10 dəqiqə qalmış aşkarlaya bilir və onlar müəyyənləşdikdə isə məhv ediləcək”, deyə agentlik müsahibin sözlərini sitat gətirib. Lakin agentlik havadan müdafiə sisteminin hansı növündən söhbət getdiyini açıqlamayıb.






