İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyanın cənubunda, Derada xalq rus qoşunlarının getməməsi üçün yalvarır

1010 28.09.2018 12:40 Dünya A A

Çünki onları burada Əsəd polisinin zülmü, işgəncəsi gözləyir

Suriyada əvvələr İŞİD və Suriya müxalifətinin əlində olan, sonradan Dəməşqin nəzarətinə keçən bölgələrdə xalq Rusiya qoşunlarının getməsini istəmir.

Fransanın “Le Monde” qəzetinin Beyrut müxbiri Benjamen Bart bölgədəki acınacaqlı vəziyyəti təsvir edib.

Bunlardan biri, Dera vilayəti, guya sülh əldə edilən və “dinc həyatın bərpa olunduğu” şəhərlərdən sayılır.

Əsəd rejiminə qarşı 2011-ci ilin martında ilk etiraz aksiyaları məhz Derada başlayıb. İndi isə hakimiyyət sözün əsl mənasında revanşa hazırlaşır.

Rejim nümayəndələri hələ ki, şəhərlə bağlı qisasçılıq hissi daşıdqlarını inkar edirlər. Suriyanın bələdiyyə idarəçiliyi və ekologiya naziri Hüseyn Mahluf şəhərdə infrastrukturun bərpası üçün işlərin görülməyə başlandığını bildirib. Bundan başqa, o, İordaniyaya qaçan şəhər sakinlərini öz yurdlarına geri dönməyə çağırıb və onların təhlükəsizliyinə təminat verdiklərini açıqlayıb.

Картинки по запросу сирия русская полиция

“Lakin Suriya kimi polsi rejiminin hökm sürdüyü yerlərdə “normallaşma” həm də, mürtəce “Mühabərat” hərbi kəşfiyyat idarəsinin də geri dönüşü deməkdir. Derada onlar “sülh sazişinin” şərtlərini yerinə yetirdiyini bəyan edən və bunun üçün patrul xidmətini həyata keçirən Rusiya polisinə belə məhəl qoymadan (bəlkə də onların səssiz razılığı ilə) sərt repressiyalar həyata keçirirlər. Əyalətdə gizli fəaliyyət göstərən “Deradakı qurbanların sənədləşdirilməsi bürosu” adlı qeyri-hökumət təşkilatı, habelə İordaniyanın paytaxtı Əmmandan Suriyadakı vəziyyəti izləyən “Etana” araşdırma mərkəzi iyuldan bu yana ən azı 180 insanın həbs olunduğunu yazıb.

Hakimiyyət onların bir çoxunun İŞİD terror təşkliatına aid olduğunu iddia edir. İkinci ittiham isə həbs olunanların İsraillə əməkdaşlıq etməsi ilə bağlıdır.

Nəhayət, insanlar sıravi vətəndaşların çuğulçuluğu əsasında, adam öldürmək, torpaq qəsb etmək, quldurluq törətmək cinayətləri ilə həbxsanalara atılırlar.

Siyasi müşahidəçilər bu cür cinayətkarlar arasında nədənsə Əsəd rejiminə qarşı çıxan adamların, müxalif liderlərin çoxluğuna diqqət çəkirlər.

“Biz rejimin öz işgəncə metodlarını dəyişdirmədiyini gözəl başa düşürük. Guya elan olunan “barış” əslində əfvdən çox “tənəffüsə” bənzəyir”,- Suriya ordusundan qaçan Essam əl Rəis adlı zabit “Etana”ya danışıb.

Картинки по запросу сирия dera русская полиция

“Dera qurbanlarının sənədləşdirilməsi bürosu”nun rəhbərlərindən Ömər Əl Həriri hələvki rus qoşunlaırnın qaldığı mütdətdə kütləvi edamların və həbslərin getmədiyini deyir. “Ruslar burada müəyyən dərəcədə bufer rolunu oynaya bilirlər”, - müsahib bildrib.

“İndi hamı sual edir ki, ionlar getsə nə olacaq. Əsədin olduqca uzun və kinli yaddaşı var”, - Essam əl Rəis söyləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR