Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin mərkəzi xəstəxanasındakı mənbə bildirib.
"Minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb", - deyə mənbə bildirib.
Məlumata görə, partlayış bazarda törədilib.