İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada kürd terrorçular partlayış törətdi: 18 ölü, 35 yaralı

707 16.11.2019 23:26 Dünya A A

Hadisə Türkiyənin nəzarətində olan ərazidə baş verib

Suriyanın Əl-Bab bölgəsində baş verən partlayış zamanı 18 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, adıçəkilən şəhər Türkiyə sərhədi yaxınlığında yerləşir. Terror aktını həyata keçirənlər bir avtomobilə bomba yerləşdiriblər və uzaqdan idarə olunan aparatla partlayıcını qələbəlik olan zaman işə salıblar.

“Sky News” Türkiyə mənbələrinə istinadən yazır ki, həmin əraziyə Türkiyə ordusunun dəstək verdiyi silahlılar nəzarət edir. Türkiyə Müdafiə Nazirliyi terror aktının kürd terrorçuların törətdiyini bildirib.

Bu olayla bağlı Türkiyənin Anadolu Xəbər Agentliyi də məlumat yayıb. Xəbərdə deyilir ki, bomba partlayışı nəticəsində bir neçə avtomobil və bina sıradan çıxıb. Ölənlərin 9 nəfəri mülki şəxsdir. Hələ ki, heç bir terrorçu təşkilat bu partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://news.sky.com/story/at-least-12-killed-in-car-bomb-in-syria-near-turkish-border-11862627

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR