İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada 500 min göndərməkdə suçlanan şəxs müalicə müəssisəsinə köçürülürdü - topla oynayır

552 25.11.2019 10:55 Kriminal A A

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Orxan Həsənov ifadə verib.

O, hazırda həbsdə olan İlqar Ağayevin dostudur. Orxan deyib ki, İlqarla uşaqlıqdan bir yerdə böyüyüblər.

Məhkəmədə Orxandan əsasən İlqarın səhhəti ilə bağlı soruşulub. Çünki İlqar indi psixoloji problemləri olduğu, özünü idarə edə bilmədiyi üçün müalicə müəssisəni köçürülüb. O, məhkəmə zalına gətirilən zaman əlində olan topla oynayır, heç kimlə danışmır, məhkəmənin suallarını cavablandırmır.

Təqsirləndirilən İlqar Ağayevin vəkili ekspertiza keçirilməsini və müdafiə etdiyi şəxsin anlaqsız olub-olmamasını aydınlaşdırılmasını istəyir. Vəkil bildirir ki, müdafiə etdiyi şəxsin ifadə verməsi mümkün deyil. İlqar Ağayev isə məhkəmədən narazıdır. O deyir ki, işə tez baxılsın, çünki gecikir və harasa getməlidir...

Şahid Orxan dostu İlqarın indiki vəziyyəti haqda danışarkən deyib ki, heç zaman onda bu cür hallar müşahidə etməyib: "İlqar uşaq vaxtı əsəbi idi. Tez-tez qışqırırdı. Bəzən gözlənilməz hərəkətlər edirdi. Amma bu dərəcədə deyildi".

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub. O, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib.

İttihama görə, Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb.

O deyib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib.

"2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər"- ittiham altında göstərilir.

Məlumata görə, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub.

2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Elan olunmuş ittihamla Namiq Məmmədov və Sahil İbrahimov özlərini təqsirli bilməyiblər. İndiki mərhələdə geniş ifadə vermək istəməyiblər.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR