Rusiyanın Sankt-Peterburq şəhərinin metrostansiyasında törədilən partlayışdan sonra Suriyadan aşıqlama gəldi.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “SANA” agentliyində yer alıb.
Məlumata görə, Suriya xarici işlər nazirliyinin rəsmisi "xain terror hücumunu qınayırıq" deyə açıqlama yayıb.
Qeyd edək ki, Rusiyanın Sankt Peterburq şəhərinin “Sennaya ploşad” və “Texnologiçeskiy institut” metro stansiyalarında partlayış törədilib. Son məlumata əsasən, hadisə zamanı 10 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb. Rusiya baş prokurorluğu hadisəni terror aktı adlandırıb.
Aygün SƏFƏRLİ
Musavat.com






