İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müxalifətinin nümayəndəsi Soçi Konqresindən imtinanın səbəbini açıqlayıb

1100 27.01.2018 06:14 Dünya A A

Suriya müxalifəti Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcək.

 

APA-nın məlumatına görə, bunu Reuters agentliyinə Suriyanın Danışıqlar üzrə Komitəsinin nümayəndəsi Yəhya əl-Əridi təsdiqləyib. Onun sözlərinə görə, rəsmi Dəməşq və Moskva tədbirlə bağlı lazımi öhdəliklərin yerinə yetirilməsini təmin etməyiblər.

 

“Konqres BMT-nin sülh danışıqlarında vasitəçi qismində səylərini pozmağa cəhddir”, deyə Y.Əl-Əridi vurğulayıb.

 

Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib. Milli Dialoq Konqresində 1600 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir. Rusiya XİN-i tədbirə müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, bir sıra regional və beynəlxalq tərəfdaşları dəvət edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR