İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müxalifəti rus təyyarələrini Səudiyyə raketləri ilə vuracaq

1826 09.10.2015 11:42 Dünya A A
Rusiyanın hava zərbələrinə qarşı Səudiyyə Ərəbistanı suriyalı müxalif qruplara silah yardımını artıracağını deyib.

Avropa.info xəbər verir ki, bu haqda BBC-ə yüksək vəzifəli Səudiyyə rəsmisi məlumat verib. Onun sözlərinə görə, müxaliflər müasir silahlar, o cümlədən tank əleyhinə raket qurğuları alacaqlar. Silah ilk növbədə loyal mövqeli “Ceyş əl-Fəth”, “Azad Suriya Ordusu”, “Cənub cəbhəsi”  qruplaşmaları alacaq. Radikal mövqeli “Nüsrət cəbhəsi”, İŞİD dəstək almayacaqlar.

Mənbənin bildirdiyinə görə, müxaliflərə həmçinin hava obyektlərini vurmaq üçün “yer-hava” raketləri veriləcək. Səudiyyə Ərəbistanı Rusiyanın İŞİD-i deyil, müxalif qrupları vurduğunu əsas gətirərək, səudiyyə silahının Rusiya aviasiyasına qarşı işlədilə biləcəyini deyib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR