İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya mətbuatı: ABŞ silahlı qüvvələri terrorçuları və onların arvadlarını İraqa göndərir

931 20.10.2019 23:26 Son xəbər A A

ABŞ hərbi qüvvələri Suriyadakı bazalarını tərk edərkən “əliboş” dönmürlər.

Onlar Suriyanın Əl-Cəzirə bölgəsində tutulan yüzlərlə İŞİD terrorçusunu İraqa aparırlar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” saytı və “Ikhbariya” dövlət kanalı məlumat verib.

Gələn informasiyalara görə, ABŞ ordusu Haseki əyalətində yerləşən Əl-Hol düşərgəsində saxlanılan onlarla terrorçunu köçürməyə başlayıb. Düşərgə üzərində tez-tez helikopterlər uçur.

Amerikalıların bir sutka ərzində Hesekinin cənubundakı Əl-Malikiyə və Əl-Şəddadi şəhərlərindəki həbsxanalardan 230 İŞİD-çini apardığı qeyd olunur.

Bu arada, Pentaqonun yeni rəhbəri Mark Esperin Əfqanıstana uçması diqqət çəkib. ABŞ müdafiə nazirinin “Taliban” hərəkatı ilə danışıqları bərpa etmək üçün gəldiyi bildirilir.

“Əsas məqsəd sülh sazişinə, siyasi razılaşmaya nail olmaqdır. İndi bunun üçün ən yaxşı vaxtdır”,-deyə M.Esper jurnalistlərə söyləyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR