Suriya ermənilərinin Qarabağda yerləşdirilməsinə dair yeni müzakirələr gedir
Bununla da proses dayanıb və Suriyadan qaçan ermənilər arasında Dağlıq Qarabağda məskunlaşmaq istəyənlər qeydə alınmayıb. Dağlıq Qarabağdakı qondarma rejimin “baş naziri” Ara Arutyunyan isə deyir ki, indiyədək bu ərazilərdə məskunlaşdırılan suriyalı ermənilər əsasən xeyriyyə proqramlarından yararlanıblar. Bu proqramlar Daşnaksütyun Erməni İnqilabi Federasiyasının kanalları vasitəsilə, yəni xaricdəki daşnaklardan daxil olan vəsaitlər hesabına həyata keçirilib. “Bir ailənin gəlişi üçün 25-30 min dollar lazımdır. Biz Suriyadan erməniləri çağıra və onlara qızıldan dağlar vəd edə bilmirik. Əgər maddi kömək göstərə bilsəydik çoxları köçməyə razılaşardı” deyə, A.Arutyunyan bildirir.
Azərbaycanın işğal altındakı ərazilərində ermənilərin qanunsuz məskunlaşdırılması prosesi 90-cı illərin ortalarından başlayıb. Bir vaxtlar Ermənistan və erməni diasporu bu məskunlaşmanı xeyli intensiv şəkildə həyata keçirirdi. Nəticədə bir neçə il ərzində işğal altındakı Laçın rayonu ərazisinə Yaxın Şərq ölkələrindən və digər yerlərdən 10 mindən çox erməni köçürülüb. Bir il əvvələ olan məlumatlara görə, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşan ermənilərin sayı 25-30 min arasındadır. ATƏT missiyası bu rəqəmin 20-25 min arası dəyişdiyini təsdiqləyir. Köçürülənlərin bir qismi sonradan ağır iqtisadi şərtlərə dözməyərək Qarabağı tərk ediblər. Suriyada münaqişənin başlaması ilə bu ölkədə yaşayan on minlərlə erməninin qaçqına çevrilməsi Azərbaycan ərazilərində qanunsuz məskunlaşmanın yeni dalğasını başladıb. Yaxın Şərq ölkələrindəki daşnak və digər erməni millətçi təşkilatları suriyalı, hətta livanlı erməniləri Dağlıq Qarabağa yerləşdirmək barədə iş aparmağa başlayıblar. Bu təbliğat nəticəsində onlarla suriyalı erməni ailəsi Qarabağa yerləşib. Lakin belə görünür ki, erməni diasporunda suriyalı ermənilərin Qarabağa köçünü maliyyələşdirməyə hazır olanların sayı azdır. Ermənistanın isə iqtisadi imkanları bu köçürmə proqramını maliyyələşdirməyə, eləcə də suriyalı erməniləri öz ərazisində yerləşdirib onları işlə, evlə təmin etməyə imkan vermir.
Lragir.am saytı xəbər verir ki, bugünlərdə Suriya diktatoru Bəşər Əsəd öz xüsusi nümayəndəsini İrəvana göndərib. Səfir Adnan Mahmud xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Görüşdə Suriyadakı ermənilərin məsələsi müzakirə olunub. Əsədin emissarının suriyalı ermənilərlə bağlı İrəvana hansı mesajla gəldiyi məlum deyil. Bununla belə, istisna deyil ki, Suriya diktatoru münaqişənin getdikcə dərinləşdiyini nəzərə alaraq Ermənistana ermənilərin xilası üçün hərəkətə keçməyi təklif edib. Bildirilir ki, Ermənistanda suriyalı ermənilərə yardım barədə başlamış hay-küy hazırda səngiyib, hökumət də bir-iki addım atmaqdan uzağa gedə bilməyib. Hazırda suriyalı ermənilərin problemi Ermənistanda heç də ən aktual məsələ deyil. “Ona görə də Qarabağda yaşamağa hazır olan suriyalı ermənilərə dövlət dəstəyi barədə qərar qəbul etməyin vaxtı çatıb. Bu, həm suriyalı ermənilərin, həm Qarabağın xeyrinə olardı” deyə, sayt yazır.
Daşnak çevrələrinin Suriyadan və digər Yaxın Şərq ölkələrindən olan erməniləri Qarabağda yerləşdirməkdə xüsusi maraqları var. Məlumdur ki, Qarabağda münaqişə başlayandan az sonra, hələ SSRİ-nin mövcud olduğu 1989-91-ci illərdə Yaxın Şərq ölkələrindəki “ASALA” erməni terror düşərgələrində yaxşı hərbi hazırlıq keçmiş erməni muzdluları bölgəyə yerləşdi. Sonradan onlardan ibarət batalyonlar azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıqları ilə fərqlənirdi. Xocalı, Qaradağlı qətliamlarında əsasən Yaxın Şərq ermənilərindən təşkil olunmuş “Arabo” və “Aramo” batalyonlarının xüsusi qəddarlığı barədə çoxsaylı dəlillər mövcuddur. Erməni millətçi çevrələri Yaxın Şərq ölkələrində erməni gənclərini uzun müddət türklərə nifrət üzərində hazırlayıblar və onların qismində terrorçular, başkəsənlər yetişdiriblər. Erməni çevrələri nəzərə alır ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə vaxtsa hərbi əməliyyatlara başlasa, Yaxın Şərqdən köçürülən ermənilər yenə işə yaraya bilər. Lakin həmin erməniləri talanmış, xarabalığa çevrilmiş ərazilərdə yaşamağa inandırmaq üçün daşnak təbliğatı kifayət etmir. Bunun üçün güclü iqtisadi imkanlar da lazımdır.