İnsanlara hürriyət, millətlərə istiqlal!

SURİYA ERMƏNİLƏRİNİN QARABAĞA KÖÇÜNƏ “DUR” DEYƏN YOXDUR

1219 18.01.2013 09:43 Gündəm A A

Məqalədə bildirilir ki, Dağlıq Qarabağda və Ermənistandakı humanitar təşkilatlar yeni gələnlərə kömək eləməkdə davam edir: “Onlardan üçü suriyalı qaçqınlar üçün köhnə evləri bərpa etməyi planlaşdırır”.
Ancaq İrəvandakı Regional Təhqiqat Mərkəzinin direktoru Riçard Kirakosyan bu nikbinliyi bölüşmür. Onun sözlərinə görə, indiyədək Livan erməniləri də Qarabağda yaşayıb. Ancaq onlar bezib geri qayıtdılar. O həmçinin “DQR hökuməti”nin suriyalı ermənilərə kömək etmək üçün imkan və resurslarının olmadığını söyləyir: “Situasiya burda stabil deyil, çünki bölgə üzərində daim müharibə təhlükəsi var”.
Aydındır ki, süni məskunlaşma siyasəti davam etdikcə bu, Azərbaycanın öz torpaqlarını azad etməsinə də ciddi əngəl yaradacaq. Günün birində ermənilər Xankəndi aeroportu məsələsində olduğu kimi, Dağlıq Qarabağın ətrafındakı rayonlarda mülki əhalinin yaşadığını iddia edib Azərbaycanı beynəlxalq aləmdə çətin durumla üzbəüz qoya bilərlər.
Əlövsət ƏliyevAzərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev onda Suriyadan köçürülən nə qədər erməninin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi barədə dəqiq məlumatın olmadığını dedi. Bununla belə, Ermənistandakı rəsmi rəqəmlərə istinad etdi: “Ötən ilin noyabrında Ermənistanın Dövlət Miqrasiya Xidmətinin Qaçqın Departamenti rəhbəri tərəfindən verilən məlumatda 5 mindən çox suriyalı erməniyə qaçqın statusunun verilməsi və onların müvafiq yaşayış yerlərində yerləşdirilməsi ilə bağlı rəsmi məlumat var idi. Lakin bu, davam edirdi. O rəqəmlər yəqin bu günə qədər xeyli artıb. Amma hesab edirəm ki, işğal altında olan rayonlarda ermənilərin məskunlaşdırılmasının qarşısını almaq üçün rəsmi Bakı ATƏT-in Minsk Qrupuna müraciət etməlidir. Minsk Qrupunun səlahiyyəti çərçivəsində monitorinq təqdim etməlidir. Məsələ ilə bağlı mübahisənin yaranmaması üçün Azərbaycandan da nümayəndələr qoşula və monitorinqin nəticələri ilə bağlı müvafiq hesabatlar hazırlana bilər. Amma təbii ki, buna rəsmi Bakının ciddi təpkisi lazımdır. Hökumət ortaya iradə qoymalı, bəyan etməlidir ki, əks halda, biz müharibəyə başlamaq məcburiyyətində qalacağıq. Onsuz da Ermənistan əhalisi ölkədən kütləvi şəkildə köçür, əhalinin sayı azalır. Yəni Ermənistan rəhbərliyi Suriya ermənilərini elə Ermənistan ərazisində məskunlaşdıra bilər”.
Bəs Miqrasiya Mərkəzi beynəlxalq əlaqələrindən istifadə etməklə erməni köçünün durdurulması, yaxud bunun ictimailəşdirilməsi, dünyanın diqqətini bu qanunsuzluğa cəlb etmək üçün hansı işlər görə bilər?
Ə.Əliyevin sözlərinə görə, təbii ki, hər bir QHT-nin bu istiqamətdə fəaliyyət göstərməsi onun mənəvi borcudur: “Amma bu, bizim təşkilatın nizamnamə səlahiyyətinə birbaşa aid olan məsələ deyil. Biz daha çox Azərbaycan ərazisində məskunlaşan əcnəbilərə və xaricdə yaşan Azərbaycan vətəndaşlarına hüquqi yardım göstərmək üçün yaranmışıq və konfliktlərin həlli ilə məşğul olmaq səlahiyyətinə malik deyilik”.
Elman AbdullayevXİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə  bildirdi ki, rəsmi Bakı dəfələrlə bununla bağlı mövqeyini açıqlayıb və qanunsuzluğa etiraz edib: “Bu məsələ ilə bağlı bir çox işlər görmüşük. Birmənalı şəkildə həmsədrlərin qarşısında tələb qoymuşuq ki, onlar Azərbaycan tərəfinin etirazını İrəvana çatdırsın, eyni zamanda öz mövqelərini də rəsmi İrəvanın qarşısında qoysunlar. Çünki Azərbaycan ərazilərinin işğalı ilə eyni vaxt məskunlaşma siyasətinin yürüdülməsi beynəlxalq qanunlara qarşı yönəlib və status-kvonun möhkəmləndirilməsi aktıdır”.
XİN rəsmisi dedi ki, Azərbaycan böyük potensialı olan ölkədir və Ermənistanın işğalçı qüvvələri ərazilərimizdən çıxandan sonra bu bölgədə yaşayan ermənilər də ölkəmizin böyük potensialından yararlana biləcək: “Yeganə problem işğalçı qüvvələrin mövcudluğudur”.
E.Abdullayev dedi ki, işğal olunmuş ərazilərdə təqdim olunan qədər Suriya ermənisi yoxdur: “Çünki işğal olunmuş ərazilər kütləvi şəkildə talan olunub, orada yaşayış səviyyəsi yoxdur. Ora köçürülən ermənilər bir gün də burada yaşaya bilməz. Hətta bir çoxları çıxıb gedir. Amma istənilən halda bu fakt dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyaları da bu faktı pisləmişdi. Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma aparılması birmənalı təxribatdır, münaqişənin həllinə mane olur. Azərbaycan tərəfindən bu məsələ daim birmənalı şəkildə qaldırılıb, qaldırılır və qaldırılacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR