İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sürix protokollarının reallaşmamasının baiskarı Azərbaycan oldu” – ABŞ-ın keçmiş səfiri

2458 29.04.2015 20:06 Siyasət A A

“Türkiyə-Ermənistan protokollarının reallaşmamasında Azərbaycan həlledici rol oynayıb”. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans bildirib. 

Onun sözlərinə görə, Ermənistan öz hədəflərinə çatmasa da, “futbol diplomatiyası”na böyük sayğı göstərirdi. “Mən elə bilirəm ki, hər iki tərəf müəyyən yanlışlıqlar etdi. Bundan əlavə, Türkiyə üçün Azərbaycan hökumətinin rolu həlledici oldu ki, bu da uğursuzluğa gətirdi”, - deyə sabiq diplomat qeyd edib. Bu zaman o, tərəflərin konkret hansı yanlışlıqlara yol verdiyini söyləməyib.

Evans 2004-2006-cı illərdə ABŞ-ın Ermənistandakı səfiri postunda çalışıb. 2005-ci ildə Kaliforniya İnstitutundakı çıxışı zamanı bəyan eləmişdi ki, “ermənilərin “soyqırımı” tarixi həqiqətdir, hərgah ABŞ bunu rəsmən tanımayıb”.

Ermənistan-Türkiyə sərhədlərinin qeyd-şərtsiz açılmasını nəzərdə tutan Sürix protokolları 2009-cu ildə imzalanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR