İnsanlara hürriyət, millətlərə istiqlal!

Suqovuşanda möhtəşəm su şousu - VİDEO

1207 06.05.2022 15:51 Hadisə A A

Tərtərin Suqovuşan qəsəbəsində beynəlxalq kanoe və avarçəkmə yarışı olan “Prezident Kuboku - 2022”dən öncə su şousu baş tutub.

Oxu.Az-ın Suqovuşana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Suqovuşan su anbarı üzərində iştirakçı ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Moldovanın bayraqları motorlu qayıqlar vasitəsilə nümayiş etdirilib.

Həmçinin su şousu zamanı “Welcome to Azerbaijan!” (“Azərbaycana xoş gəlmisiniz!”) və Heydər Əliyevin 99 illiyini əks etdirən pankart qaldırılıb.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq yarışdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR