İnsanlara hürriyət, millətlərə istiqlal!

“Supermarketlərdə qızlar əllərində alıcılara siqaret təklif edirlər” - Deputatdan ilginc çıxış

674 07.05.2024 19:13 Gündəm A A

“Birinci oxunuşda mən qeyd eləmişdim ki, qanun layihəsi proteksionizm və inhisarçılığın yaradılmasına xidmət edən layihədir. Hörmətli sədr! Bizim mövcud qanunvericiliyiə görə, konstitusiya qanunları əgər konstitusiyanın əsas mətni ilə ziddiyyət təşkil eləmirsə o konstitusiyanın tərkibi hesab olunur. Normativ hüquqi aktlar haqqında konstitusiya qanununda qeyd olunur ki, qanun layihələri sui-istifadəyə dair ekspertizadan keçirilməlidir”.

Musavat.com bildirir ki, bu sözləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Qüdrət Həsənquliyev: Vahid İstintaq Komitəsi yaradılmalıdır

Deputat daha sonra bildirib: “İlk öncə təşəkkür edirəm ki, stollarda yeni kompüterlər quraşdırılıb, bundan sonra imkan olacaq ki, millət vəkilləri digər qanunlarla, beynəlxalq təcrübə ilə dərhal tanış olsunlar və müqayisə apara bilsinlər. NHA haqqında Konstitusiya qanunun 64.1-3-cü maddəsində qeyd olunur ki, “şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək tələblərin irəli sürülməsi sui-istifadəyə yol açan haldır”. Layihədə qeyd edilir ki, tütün məmulatları istehsal etmək üçün avadanlıqların alınmasına 34 milyon manat investisiya qoyuluşu tələb olunur - 10.2.1-ci maddədə. Bundan əlavə istehsal müəssiəsinin tikintisi üçün torpaq sahəsi alınmalıdır, elektirik, qaz, su xətləri çəkiməlidir və s. Çox az sayda sahibkarlar bu işi görə bilər. Bu o deməkdir ki, tutaq ki, mənim istehsalla məşğul olmaq hüququm var, amma bu hüquqlar konstitusiya qanununa zidd olaraq yüksək tələblər qoyulmaqla məhdudlaşdırılır. Bundan başqa, Konstitusiya Qanununun 64.1.5-ci maddəsində hüquqların həcminin əsassız dəyişdiriilməsinin yolverilməzliyi qeyd olunur. 64.5-də qeyd olunur ki, “normativ hüquqi aktlar fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər, şərtlər ağır və ya çətin yerinə yetirilən tələblər və şərtlər ola bilməz”. Amma müzkirə etdiyimiz layihədə normativ hüquqi aktlar haqqında konstituisya qanununa zidd olaraq çətin tələblər qoyulub. 67-ci maddədə qeyd olunur ki, “sui-istifadəyə məruz qalmanın tipik təzahürləri hansılardır və burada mənafelər balansının pozulması, yalnız bir qrup subyektlər üçün imtiyazların nəzərdə tutulması”. Təqdim olunan layihənin 10.2-2.1-ci maddəsində qeyd edilir ki, “ən azı bir il tütün məmulatı istehsal edən hüquqi və ya fiziki şəxs onun idxalını həyata keçirə bilər”. Niyə? Sən, əgər tütün məmulatı istehsal edirsənsə, onun idxalı ilə niyə məşğul olmalısan? Bu, qiymətin bir əldə cəmləşdirilməsidir və sırf inhisarçılığın yaradılmasır. Fazil müəllim bilmədim bu məsələ ilə əlaqədar təqdim olunan arayışın nəyinə vurulub? Amma o arayışda qeyd olunur ki, Türkiyədə məhsul istehsalının həcminə görə icazə verilir”.

Q.Həsənquliyev deyib ki, bu layihədə hazırda tütün məmulatları istehsal edənlər üçün imtiyazlar nəzərdə tutulur: “34 milyon manatlıq avadanlıqların alınması - yalnız yeni fəaliyyətə başlayanlara şamil olunur. Layihənin 10.2-2.1 ci maddəsinə görə yeni istehsal müəssiəsi yalnız bir il işlədikdən sonra tütün məmulatı idxal edə bilər. Biz, burada qeyri-bərabərlik yaradırıq. Tutaq ki, kimsə əvvəllər kiçik bir müəssisə yaradıbsa, ondan tələb olunmur ki, sən də get, istehsalın həcmini böyüt. İstehsalın həcmi ilə bağlı da heç bir tələb yoxdur. Tutaq ki, köhnə şirkətlər az məhsul istehsal etdi və idxala başladı, başqa biri də 34 milyon manatlıq avadanlıq aldı yeni müəssiə yaratdı ,ammma köhnə şirkət xaricdən ölkəyə ucuz siqaretlər idxal etməyə başladı və yeni yaradılmış müəssisəni müflis etdi. Bu açıq şəkildə inhisarçılıq yaradır. Onsuz da biz, bilirik ki, Azərbaycanda kənar şəxslər ölkəyə siqaret gətirə bilmirlər. Bu qeyd etdiyim məqamın qanuni müstəvidə təsdiq olunmasıdır. İstərdim ki, Azərbaycanda heç kim siqaret çəkməsin, heç kim tütün məmulatları və tütün istehsal etməsin. Ötən dəfə Tahir müəllim (Tahir Mirkişili) qeyd elədi ki, “veyp” adlanan elektron siqaretlər ləğv olunsun. Mən kiçik bir araşdırma apardım, indi bu kompüterlər qoyulub, əgər işləsəydi və internetə qoşulmuş olsaydı hər biriniz yoxlayardınız. “Veyp”lər insan sağlamlığına təsir baxımından daha az zərərlidirlər. Britaniya Milli Səhiyyə Xidməti tövsiyyə edir ki, əgər kmsə zəif iradəlidirsə, siqaretdən imtina edə bilmirsə, heç olmasa elektron siqaretdən istifadə etsin. Amma biz deyirik ki, elektron siqareti ləğv edək, hamı getsin tütün çəksin. Bu gün çox təəssüf ki, supermarketlərdə qızlar əllərində alıcılara siqaret təklif edirlər”. Millət vəkili daha sonra bildirib ki, bu məsələ çox həssas məsələdir: “Mən, keçən dəfə məsələ qaldırdım ki, qarşıdan COP29 gəlir: “Biz, deyirik ki, ekologiyanı sağlamlaşdıraq, insanların həyatını, sağlamlığını, gəınc nəsli qoruyaq.

Reklam haqqında qanunla siqaret reklamı qadağandır. Vitrinlərdə kənara yönələn istənilən məhsulun yerləşdirilməsi reklam hesab olunur. Qanunda bu belədir. Məktəblərin ətrafında köşklər var, siqaretlər vitrinə düzülüb, onun insan üçün zərərli hissəsi də qiymətlə bağlanır. Mən dedim ki, lazımdırsa Milli Məclis olaraq təşəbbüslə çıxış edək, siqaretin satışı ilə məşğul olanlara xərac ödəyək ki, heç olmasa COP dövründə, 3-4 ay ərzində siqaretin reklamını ölkədə yığışdırsınlar. Çoxlu mətbuat orqanı yazır ki, Milli Məclisdə qəbul olunacaq bu qanun insanların sağlamlığı üçündür və.s. Ən pis işləri də yaxşı şüarlar altında görmək lazım deyil. Mən, hesab edirəm ki, bu qanun layihəsi geri qaytarılmalı, mütləq sui-istifadəyə dair hüquqi ekspertizadan keçirilməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR