Sumqayıtdan Bakıya gələn müsavatçıların maşınları əllərindən alındı
Sumqayıt şəhərindən Milli Şuranın mitinqinə gələn müsavatçılardan bir qrupunun əyləşdiyi avtomobilləri dövlət yol polisinin əməkdaşları saxlayıblar. Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasın verdiyi xəbərə görə, İsa Məmmədlinin və Fuad Hüseynovun idarə etdiyi avtomobillər Sumqayıt şəhərinin çıxışında, Vidadi adlı taksi sürücüsünün idarə etdiyi avtomobil isə Ceyranbatan ərazisinə daxil olarkən yol polisi tərəfindən saxlanılıb. Hər üç avtomobil cərimə meydançasına aparılıb. Abtomobillərdə ümumilikdə 13 müsavatçı olub. Müsavat qadınlar Şurasının sədri Vəfa Cümşüdlü də avtomobildə imiş. Onların özlərinin də Bakıya başqa maşınlarla gəlməsinə polisin mane olduğu bildirilir.
E.SEYİDAĞA






