Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
İlkin məlumata görə, binanın 2000 kv.m sahədə dam örtüyü yanıb.
Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib.
Hazırda yanğın məhdudlaşdırılıb, söndürülmə işləri davam etdirilir.
Nazirlik hadisə ilə bağlı əlavə məlumat verəcək.
****
21.10
Sumqayıtda yaşayış binası yanır.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, Sülh küçəsi 58/11 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasında meydana gəlib. Hazırda həmin istiqamətə gedən yollar bağlanıb. Əraziyə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib. Artıq bir nəfər xəsarət almış şəxs xəstəxanaya aparılıb.
Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, Sumqayıtda baş verən yanğını söndürməkdən ötrü 10-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.










