İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

1754 24.08.2019 22:54 Ölkə A A

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Report Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

****

Sumqayıtda güclü yanğın başlayıb.

“Report”un Sumqayıt Abşeron bürosunun məlumatına görə, hazırda "Nur" şadlıq evi yanır.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR