İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda küçələr dezinfeksiyaedici məhlullarla yuyulur - FOTO

586 27.04.2020 12:40 Ölkə A A

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Bu barədə Musavat.com -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

Qeyd edək ki, Şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR