İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxundu - İki qızı da var imiş

509 12.10.2021 11:25 Kriminal A A

Sumqayıtda hamilə həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub. Hakim Novruz Kərimovun sədrliyi ilə davam etdirilən məhkəmədə məlum olub ki, A.Əhmədov özünü təqsirli bilib. O, qətli qısqanclıq üstündə törətdiyi etiraf edib.

Məhkəmənin hökmü ilə A.Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ilin avqustunda Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsi müəyən edilib.

A.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, törətdiyi əmələ görə A.Əhmədovu 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

Bildirək ki, Anar Əhmədovun qətlə yetirdiyi Şəhanə Əhmədovdan daha iki qız övladı var imiş.

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR