İnsanlara hürriyət, millətlərə istiqlal!

SUMQAYITDA CƏBHƏÇİLƏR SAXLANILDI

2178 15.01.2012 18:05 Ölkə A A

Belə ki, AXCP-nin Sumqayıt və Qubadlı rayon şöbələrinin müşavirəsinin keçirilməsinə imkan verilməyib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının verdiyi məlumata görə, Sumqayıtda fövqəladə vəziyyət yaranıb. AXCP sədrinin müavini Asəf Quliyev, GK sədri Əbülfəz Qurbanlı, AXCP Qubadlı rayon təşkilatının sədr müavini Ağaşirin Tarverdioğlu, partiya üzvləri olan Elçin Həsənov, Elçin Məmmədli Sumqayıt şəhər 4-cü polis bölməsinə aparılıblar. A.Tanrıverdioğlu başından xəsarət alıb. Ə.Qurbanlı “facebook” səhifəsində qeyd edib ki, bununla tədbiri önləməklə heç nəyə nail olmaq mümkün deyil: “İstədiyimiz olacaq”. Asəf Quliyevin verdiyi məlumata görə 50 nəfərdən artıq polis Sumqayıt Polis İdarəsinin rəis müavinlərinin rəhbərliyi ilə onlara hücum edib: “Polislər cəbhəçiləri qəddarlıqla döydülər. Məndə daxil olmaqla 5 nəfər cəbhəçi həbs etdilər”.

Emil

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR