İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda avtobuslarda tibbi maska taxmayanlar cərimələnib - FOTO

273 14.07.2021 17:56 Ölkə A A

Pandemiya ilə əlaqədar avtobuslarda tibbi maskalardan istifadə edilməlidir. Lakin təəssüf ki, bəzi şəxslər tərəfindən bu qaydalara riayət edilmir. Bütün bunlar nəzərə alınaraq, polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu gün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən təyinatına uyğun şəkildə istifadəsinə dair reyd keçirilib.

Tədbir zamanı tibbi maskalardan istifadə etməyən sərnişinlərlə izahedici söhbətlər aparılıb, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumat verilib.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR