İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda 34 yaşlı qadın hündürmərtəbəli binadan yıxılaraq ölüb- YENİLƏNİB

873 05.10.2018 15:30 Ölkə A A

Sumqayıt şəhərində intihar etdiyi bildirilən qadının yıxılaraq öldüyü məlum olub.

Bu barədə "Report"a ölən şəxsin yaxınları məlumat verib.

Məlumatda bildirilib ki, 34 yaşlı Vüsalə İsayeva yaşadığı evin pəncərəsinin şüşələrini silən zaman ehtiyyatsızlıq edib və yıxılaraq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Sumqayıt. 4 oktyabr. REPORT.AZ/ Sumqayıtda intihar hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 6-cı mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR