İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sumqayıt” və “Turan Tovuz”un rəqibi bəlli oldu

823 18.11.2023 23:18 İdman A A

Azərbaycan Kubokunda 2023/2024 mövsümünə I təsnifat mərhələsinin 3 oyunu ilə start verilib.

“Lerik” “Füzuli”ni (1:0), “Şahdağ Qusar” "Qusar"ı (0:0, penaltilərlə 5:4), “Göygöl” isə “Dinamo”nu (2:1) məğlub edib.

Beləliklə, “Lerik”, "Şahdağ Qusar" və "Göygöl" II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Lerik” evdə “Sumqayıt”la, “Şahdağ Qusar” doğma arenasında “Qaradağ Lökbatan”la, “Göygöl" isə səfərdə “Turan Tovuz”la qarşılaşacaq. II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları noyabrın 19-20-də keçiriləcək. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR