İnsanlara hürriyət, millətlərə istiqlal!

Şumaxerdən xəbər: Yeriyə biləcək

1229 28.12.2014 23:58 İdman A A
Ötən il Avstriyada xizək sürərkən yaralanaraq komaya düşən Mixail Şumaxerdən yaxşı xəbər var.

Axar.az xəbər verir ki, 1989-ci ildə keçirdiyi qəza səbəbindən ömürlük şikəst olan keçmiş Formula 1 sürücüsü Filip Streiff Şumaxerin vəziyyətinin getdikcə yaxşılaşdığını açıqlayıb.

Xəstəxanaya gedərək həmkarına baş çəkən keçmiş pilot Şumaxerin bir müddət köməkçi vasitələrlə, daha sonra sərbəst yeriyə biləcəyini deyib:

“O, həyat yoldaşı və uşaqlarını tanıya bilir. Ancaq hələ danışa bilmir. Yalnız gözləriylə razılaşaraq münasibət bildirir. Yaddaşında isə böyük problem var. Hazırda yavaş-yavaş gəzinti üçün cəhd edirlər. Həkimlər nikbindir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR