İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleymaninin öldürülməsinə cavabdehlik daşıyan birinci şəxs - İran adını açıqladı

3196 30.12.2020 21:58 Siyasət A A

"ABŞ prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin qətlinə cavabdehlik daşıyan bir nömrəli şəxsdir".

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi açıqlama verib.

Rəisi qeyd edib ki, Tramp şəhid Süleymaninin qətlinə görə məsuliyyət daşıyan bir nömrəli cinayətkardır.

Qeyd edək ki, İran hökumət qurumları bir neçə gün əvvəl Qasım Süleymaninin öldürülməsində iştirak edən 48 nəfərin siyahısını hazırladıqlarını bildirmişdi.

İbrahim Rəisi Həsən Ruhaniyə uğurlar arzulayıb - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

İbrahim Rəisi 

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Toğrul İsmayıl,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR