İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudanda 39 xəstəxana döyüşlər səbəbindən fəaliyyətini dayandırıb

205 19.04.2023 12:41 Son xəbər A A

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında gedən ağır döyüşlər səbəbindən ən azı 39 xəstəxana fəaliyyətini dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Sudan həkimlər komitəsinin feysbuk səhifəsində yerləşdirilib.

“Toqquşmaların dördüncü gününə olan məlumata görə, ölkənin paytaxtında və hərbi əməliyyatların getdiyi rayonlarda fəaliyyət göstərən 59 əsas xəstəxanadan 39-u işini dayandırıb”, - deyə məlumatda bildirilir.

Həmçinin doqquz xəstəxana atəşə tutulub, 16 tibb müəssisəsi təxliyə olunub. İşini davam etdirən 20 xəstəxanada isə yalnız ilk tibbi yardım göstərilir. Həkimlərin sözlərinə görə, həmin xəstəxanalar da tibbi personalın, dərman preparatlarının, su və elektrik enerjisinin çatışmazlığı səbəbindən bağlanma təhlükəsi ilə üz-üzədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR