Bu gün musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi Canlı Yayında ölkəmizdə qida sektorunun problemləri, xüsusən də süd və süd məhsullarının keyfiyyət məsələsi, istehsal göstəriciləri, saxlanma şəraiti və bu sahədə əhalini gözləyən təhlükələr, zəhərlənmə halları müzakirə olunacaq.
Saat 14:30-da başlanacaq yayında Qida Təhlükəsizliyi İnstitutunun Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Çiçək Süleymanova və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev iştirak edəcək.
Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






