İnsanlara hürriyət, millətlərə istiqlal!

Su-Kanal İdarəsinin əməkdaşı torpaq uçqununun altında qaldı

1052 12.07.2013 21:22 Hadisə A A
İsmayıllıda torpaq uçqunu baş verib, bir nəfər dünyasını dəyişib. APA-nın məlumatına görə hadisə İsmayıllı şəhərində yeraltı su borusunun quraşdırılması zamanı baş verib. İdarənin əməkdaşları eni 60 santimetr, dərinliyi 1.5 metr olan quyuda plastik boru kəmərini quraşdırarkən qəflətən quyunun yan divarları uçub. İdarənin işçisi, İsmayıllı şəhər sakini 1974-cü il təvəllüdlü Mirzəliyev Elçin Qiyas oğlu uçqun zamanı torpağın altında qalıb. E.Mizrəliyev ağır vəziyyətdə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
 
Qeyd edək ki, dünyasını dəyişən Elçin Mirzəliyev 4 il idi ki, İsmayıllı rayon Su-Kanal İdarəsində çalışırdı. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR