İnsanlara hürriyət, millətlərə istiqlal!

Stulun içindən brilyant tapıb varlandılar

2657 15.09.2017 04:46 Maraqlı A A

Şotlandiyanın Biqqar şəhərində bir cütlük 5 funt sterlinqə satın aldığı stulda 5 min funt sterlinq dəyərində brilliant bəzək tapıb.

 

Anjela Milnet və onun həyat yoldaşı Enqus bustulu 10 il əvvəl bir auksionda alıblar. Həmin vaxt onların imkanı olmadığı üçün başqa stullar ala bilməyiblər və onu çardağa yerləşdiriblər. Aradan 6 il keçəndən sonra cütlük həmin stulu çardaqan götürüblər. Bir müddət sonra Enqus həyat yoldaşına evlilik ildönümü münasibətilə brilyant qaşlı üzük hədiyyə edib. Daha sonra Sevgililər Günündə brilyant qaşlı sırğa hədiyyə edib. Pasxa bayramındakı hədiyyə isə qiymətli daşlarla bəzədilmiş sancaq olub.

 

Sonradan məlum olub ki, ərin bu cür səxavətli davranmasına səbəb stulun içindən tapdığı brilyantlar olub. O, bu barədə öncə xanımına deyib, daha sonra isə məşhur bir proqramda danışıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR