İnsanlara hürriyət, millətlərə istiqlal!

Studiyada kəskin debat! Rusiyanın qırmızı xətləri, Ukraynanın işğala məruz qalması - CANLI

971 28.02.2022 15:40 Son xəbər A A

Ukraynanın Xarkov şəhəri Rusiyanın aviasiya və artilleriya qüvvələri tərəfindən bu dəqiqələrdə atəşə tutulur. Sosial şəbəkələrdə hadisə yerindən görüntülər yayılıb.

“Ekvator” ticarət mərkəzi yaxınlığındakı əraziyə çox sayda mərmi atılıb. Qeyd olunur ki, Rusiya ordusu yalnız Ukrayna ordusunun hərbçilərinin cəmləşmə yerlərini deyil, bütün şəhəri raket atəşinə məruz qoyub.

Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb. Belarusun xarici işlər naziri Vladimir Makey açılış nitqi ilə qonaqlara müraciət edib. Makey bildirib ki, tərəflər özlərini tam təhlükəsizlikdə hiss edə bilərlər. Bundan əlavə Ukrayna və Rusiyanın razılığa gələcəyinə ümid edir.

TVMusavat-ın saat 15:50-da canlı yayınında, “Həftə içi” verilişinin qonağı olan Vətəndaş Həmrəyliyi Partiyasının sədrinin müavini Nəsimi Şərəfxanlı ilə Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Ukrayna müharibəsini və anbaan dəyişən vəziyyəti müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR