İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji yol xəritələri üzrə fəaliyyətlərin yarıdan çoxu icra olunmayıb

506 01.05.2019 14:33 Son xəbər A A

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin növbəti monitorinq və qiymətləndirmə nəticələri elan olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata görə, 2017-ci il üzrə monitorinq və qiymətləndirmə daha çox fəaliyyət-əsaslı (action-based) olduğu halda, 2018-ci ildə daha çox Strateji yol xəritələrinin icrasına uyğun olaraq fəaliyyətləri monitorinq etməklə yanaşı, əldə olunan nəticələri də qiymətləndirib.

Qiymətləndirmə nəticələrinə görə, 1 yanvar 2019-cu il tarixinə Strateji yol xəritələri üzrə fəaliyyətlərin 43 faizi icra edilib, 9 faizi qismən icra edilib və 48 faizinin icrası isə gözlənilir.

Ayrı-ayrı strateji yol xəritələrinin 1 yanvar 2019-cu il tarixinə icra vəziyyəti aşağıdakı kimidir:

1. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 8 faiz qismən icra edilib və 45 faizin icrası gözlənilir.

2. Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin 64 faizi icra edilib, 8 faiz qismən icra edilib və 28 faizin icrası gözlənilir.

3. Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin 50 faizi icra edilib, 8 faizi qismən icra edilib və 42 faizin icrası gözlənilir.

4. Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin 52 faizi icra edilib, 11 faizi qismən icra edilib və 37 faizin icrası gözlənilir.

5. Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 16 faiz işlər qismən icra edilib və 37 faizin icrası nəzərdə tutulur.

6. Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan işlərin 37 faizi icra edilib, 7 faiz qismən icra edilib və 56 faizin icrası gözlənilir.

7. Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin 27 faizi icra edilib, 10 faizi qismən icra edilib və 63 faizin icrası gözlənilir.

8. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin 66 faizi icra olunub, 16 faizi qismən icra edilib və 18 faizin icrası gözlənilir.

9. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin 33 faizi icra edilib, 12 faizi qismən icra edilib və 55 faizin icrası gözlənilir.

10. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 8 faizi qismən icra edilib və 45 faizin icrası gözlənilir.

11. İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin 30 faizi icra edilib, 7 faizi qismən icra edilib və 63 faizin icrası gözlənilir.

Strateji Yol Xəritələrində əsas icraçı qurumların performansı da faiz nisbəti ilə göstərilib. 1 yanvar 2019-cu il tarixinə əsasən icranı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 100 faiz, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 100 faiz, Vergilər Nazirliyi 95 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 93 faiz, “Azərişıq” ASC 81 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 79 faiz, Dövlət Statistika Komitəsi 75 faiz, Maliyyə Bazarlarına Nəzarət Palatası 68 faiz, SOCAR 68 faiz, “Azərsu” ASC 63 faiz, Maliyyə Nazirliyi 55 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz, Mərkəzi Bank 52 faiz, İqtisadiyyat Nazirliyi 46 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 44 faiz və digər qurumlar isə ortalama 47 faiz həyata keçirib.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR