İnsanlara hürriyət, millətlərə istiqlal!

Strasbuqda terror aktı törədən şəxsin qardaşı saxlanılıb

486 02.03.2019 06:50 Son xəbər A A

Fransada Strasburq şəhərində ötən ilin dekabr ayında terror aktı törətmiş Şerif Şekatın böyük qardaşı saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ş.Şekatın böyük qardaşı 37 yaşlı Malek Şekat yerli vaxtla təxminən saat 16:00-da Strasburq şəhərində öz evində saxlanılıb.

Bildirlir ki, M.Şekat öz "Facebook" səhifəsində 5 növ silah fotosu və terror aktı törətmək niyyətini əks etdirən məlumat yerləşdirib. Daha sonra məlum olub ki, silahlar saxta olub.

Xatırladaq ki, ötən il dekabrın 11-i Şerif Şekat adlı şəxs Strasburq şəhərində milad yarmarkasına gələn insanlara atəş açıb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 10-dan çox insan yaralanıb. Xüsusi əməliyyat zamanı Ş.Şekat məhv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR