İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: "Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır"

401 28.06.2022 19:12 Son xəbər A A

"Rusiya neft və qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Madriddə NATO-nun ictimai forumunda deyib.

"Ukraynadakı müharibə avtoritar rejimlərin əmtəələrindən hədsiz dərəcədə asılı olmaq təhlükəsini göstərir. Rusiyanın enerjidən məcburiyyət silahı kimi istifadə etməsi onun neft və qazından sürətlə uzaqlaşmaq zərurətini ortaya qoyur", - Stoltenberq bildirib.

Onun fikrincə, alyans ölkələri bir asılılığı digəri ilə əvəz etməməlidir.

"Bir çox yeni təmiz texnologiyalar Çindən gəlir. Ona görə də biz enerji mənbələrimizi və təchizatçılarımızı diversifikasiya etməliyik", - Baş katib vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR