“Starbucks” bir qəhvə ikonudur. Bütün dünyada olduğu kimi Azərbaycanda, daha doğrusu, paytaxtımızda sevilən məkan olan“Starbucks” bir günlüyünə - may ayının 29-da ABŞ-dakı bütün mağazalarını (8000-dən çox) bağlayacaq. Planlaşdırılan tarixdə bütün işçilərə “irqi ayrı-seçkiliyə qarşı maarifləndirmə” seminarı keçiriləcək. Hazırda şirkətin 175000-dən çox işçisi olduğu bilinir. Şirkətə bu addımı atmağa məcbur edən səbəbi Filadelfiya ştatında baş verən insidentdir.
Kəçən həftə Filadelfiyada baş verən hadisədə iki qaradərili afrika-amerikalı “Starbucks”a gedərək üçüncü dostunu gözləyib. Bu əsnada mağaza müdiri onlara yaxınlaşaraq, “ya sifariş edin, ya da çıxın burdan” xəbərdarlığını verib. Müştərilər isə sifarişi dostlarını gözlədikləri üçün vermədiklərini deməyib və çıxmağı rədd ediblər. Mağaza rəhbərliyi isə “şəxsi mülkə icazəsiz girmək” iddiası ilə polis çağırıb və müştərilərin nəzarətə götürülməsinə nail olub.
Onların gözlədikləri üçüncü şəxs həbs edilərkən gəlib-çıxıb. Baş verən insidenti anbaan digər müştəri tərəfindən kameraya çəkilib və bütün sosial mediada yayılaraq böyük skandala səbəb olub. Video milyon dəfədən çox izlənib. Günlərdir ABŞ-da “Starbucks” şöbələrində irqi ayrı-seçkiliyə qarşı etirazlar davam etməkdədir. Çünki müştərilərin bildirdiyinə görə, ağdərililərə belə bir münasibət göstərilməyib.
Yaşanan hadisələrdən sonra böyük kofe zəncirinin baş direktoru Kevin Conson baş verən hadisəyə görə üzr istəyib və bunu düzəltmək üçün əllərindən gələni edəcəklərini qeyd edib.
“Müştərinin çəkdiyi videonu izləmək çox çətindir və burada baş verənlər Starbucks dəyərləri ilə üst-üstə düşmür, biz irqi ayrı-seçkiliyə qarşı olan bir şirkətik”, - Kevin Conson bildirib. İlk iş isə polisi çağıran mağaza müdüri işdən azad edilib.
Qəhvə ikonunun “Starbucks” haqqında bilinməsi gərəkən bir sıra faktlar var.
1) Onun adı “Pequods” olmalı idi.

İlk Starbucks 1971-ci ildə ABŞ-nin Siettl şəhərində açılıb. Təsisçiləri iki müəllim və bir yazıçı olub. Lakin məqsəd qəhvədən hazırlarnan içkilər deyil, qəhvə çəkirdəkləri satmaq olub. İlk öncə “Ahab’s boat”, “The Pequod” adlandırmaq istəyiblər. Məlumdur ki, bu adlar Herman Melvilinin “Mobi-Dik” yaxud “Ağ Balina” əsərindən götürülüb. Əsər XIX əsrin birinci yarısında Amerikada balina ovçuluğu ilə məşğul olan insanların dəniz həyatından, habelə ovun insanlara və dəniz heyvanına gətirdiyini müsibətlərdən bəhs edir. Əsərin əsas sujet xəttində nəhəng dəniz əjdahası Mobi-Dik, yəni Ağ Balina durur. Lakin maraqlı olan odur ki, təsisçilər məhz əsərdəki nə gəmi adını, nə də “Mobi-Dik” adını veriblər. Gəmidəki üç işçidən biri olan Starbaksın adını verirlər.
2) Loqo dörd dəfə fərqli dizayn edilib.
![]()
Loqo şirkətin adı ilə bağlı olub, yəni adını götürdüyü əsərin sijetini ilə bağlı olub. Starbucks loqosu dənizin başdan çıxaran xüsusiyyətini əks etdirir. Təsisçilərdən biri dənizçilik arxivlərindən Skandinaviyanın ağac üzərində oyulmuş çılpaq və saçları ikiyə toplanmış qadın ilahəsinin rəsmini tapır. Loqo müştərilərə “Qəhvə alın” mesajını vermək məqsədini daşıyır. Lakin sonradan Starbucks rəhbərliyi loqonu bir az dəyişdirir. Çılpaq qadın obrazının əvəzinə uzun saçları ikiyə ayrılıb sinəsini örtən Dənizlər Kraliçası Esteri təsvir edən loqo yaradılır. Və günümüzdə də bu loqodan istifadə edilir.
3) Dünyanın hər küncündə şöbəsi var.
![]()
27339 şöbəsi var. Starbucks 1987-ci ildən bəri hər gün dünyanın bir yerində 2 kafe açır. Və bu onu dünyanın ən böyük qəhvə zəncirinə çevirib.
4) Tərkibindəki kafein enerji içkilərini ötür.
![]()
Starbucks Grande qəhvəsinin tərkibində 320 mq kafein var.
Bu “Red Bull”-dakı kafein tərkibinin dörd qatı deməkdir.
5) Qəhvələrə Cənubi Afrika filinin nəcisi ilə dad verilir.
![]()
Dünyanın 1 nömrə qəhvə şirkət qəhvələrində dad verməsi üçün fil nəcisindən istifadə edildiyini isə yəqinki çox az adam bilir. Bu şirkət tərəfindən də təsdiqlənən faktdır. 2015-ci ildə “European Food Organisation” Avropadakı istehlakçılar Starbucks qəhvələrində fil nəcisi nümunələrinə rastlandığı hesabatını yaydı. Şirkət rəhbərliyi bu iddiaları qəbul edərək qəhvələrinin fərqli dadlandırılması üçün Cənubi Afrika fili nəcisindən illərdir ki, istifadə edildiyini qəbul edir. Lakin skandaldan sonra nəcis yerinə alternativ yollardan istifadə edəcəklərini də bildirib. Hazırda bu belədirmi o müəmmalı qalır.
Ümumiyyətlə qeyd edək ki, dünyanın ən bahalı qəhvəsi fil nəcislərindən alınır. Taylandda fillərə qəhvələr yedirdilir və daha sonra onlar nəcis ifrazı şəklində geri alınır. Bu qəhvəyə qəribə dad verir ki, buda onu ən bahalı məhsula çevirir.
6) Masalar yuvarlaqdır niyə?
![]()
Sən dünyada yalnız deyilsən. Bu formada masalar daha rahat hesab edilir.
7) “10 dəqiqə” qanunu
Bütün “Starbucks” şöbələrində “10 dəqiqə” qaydası var. Kafe elan edilən açılış saatından 10 dəqiqə öncə açılır, qapanış saatından 10 dəqiqə sonra qapanır.
Aybəniz Hüseyn
Musavat.com






