İnsanlara hürriyət, millətlərə istiqlal!

Stanislav Tarasov: “Con Bolton Cənubi Qafqaza İran məsələsinə görə gəlir”

725 16.10.2018 14:33 Region A A

"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərində əsas məqsəd bölgə dövlətlərinin birinci ağızlarından Vaşinqtonun İranla bağlı mövqeyi barədə fikirlərini öyrənməkdir".

Musavat.com xəbər verir ki, bu sözlər rusiyalı politoloq Stanislav Tarasovun erməni mətbuatına verdiyi müsahibədə səsləndirilib.

O, Con Boltonun səfərin gedişində ABŞ-ın milli maraqlarının coğrafi nöqteyi-nəzərdən, yəni Türkiyə və İran faktorları nəzərə alınmaqla, təmin olunması məsələlərinin müzakirə olunacağı proqnozunu verib: “Özü də amerikalıların əlində bölgə ilə əlaqədar hansısa konkret layihə də yoxdur. Boltonun indiki səfəri kəşfiyyat xarakteri daşıyır. Yəqin ki, Dağlıq Qarabağ problemi ilə bağlı bilinən cümlələr səsləndiriləcək. Lakin ABŞ-ın Qarabağla bağlı yeni, modernizasiya olunmuş fikirləri mövcud deyil. Onlar üçün əsas Madrid prinsipləri və danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində yürüdülməsidir”.

Rusiyalı politoloqun fikrincə, Boltonu ən çox maraqlandıran ABŞ-ın İrana yönəlik siyasətinin nə dərəcədə təqdir olunub-olunmadığını öyrənməkdir: “Türkiyə, Rusiya və İranın Suriya istiqamətində əməkdaşlıq etdiyi nəzərə alınaraq, ola bilsin ki, Bakı və İrəvanın da Yaxın Şərq hadisələrinə bir şəkildə qoşulmasına işarə vurulsun”.

Tarasovun fikincə, İranla normal əlaqələrin saxlanmasında maraqlı olan Azərbaycan və Ermənistan çətin ki, Tehranla münasibətlərdə kəskinləşməyə doğru getsin.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR