“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizədə nail oluruq. Artıq heç bir dəstək olmadan son bir ildə 88 mükafat aldıq. Bu, bizim uğurumuz deyil, Azərbaycanın uğurudur, Azərbaycan mədəniyyətinin uğurudur”.
Musavat.com xəbər verir ki, bu sözləri “Stalinin qaranlıq keçmişi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.
C.Qasımov bildirib: "Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmi Kanadanın “Directors Cut Int'l Film Festival”da yarımfinalçı sertifikatına layiq görülüb.
Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi”sənədli filmində “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı həyatı göstərilib.
O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. Stalin Bakı qoçularını ətrafında birləşərək, neftxudalardan böyük miqdarda pullar toplayırdı".
Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.
Musavat.com







