İnsanlara hürriyət, millətlərə istiqlal!

Staffan de Mistura Hələbdəki vəziyyətlə bağlı BMT TŞ-da çıxış edəcək

395 03.05.2016 04:34 Dünya A A
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura yaxın günlərdə Hələbdəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Misirin BMT-dəki daimi nümayəndəsi Əbdüllətif Əbulatta bəyan edib.
 
Məlum olduğu kimi, son günlər Hələbdə hökumət və müxalifət qüvvələri arasında şiddətli döyüşlər gedir.
 
Bununla belə Latakiya və Dəməşq ətrafında aprelin 30-dan etibarən “sükut rejimi” hökm sürür, hərbi əməliyyatlar və bütün növ silahlardan istifadəyə qadağa qoyulub. BMT baş katibi Pan Qi Mun “sükut rejimi”nin Suriyanın bütöv ərazisinə şamil edilməsinə çağırıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR