SSRİ-nin bərpasına doğru daha bir addım: Qorbaçovun qərarının legitimliyini araşdırmaq - TƏLƏBİ
Deputat baş prokuror Yuri Çaykaya müraciət edərək SSRİ-nin dağılması səbəblərini, qərarın legitimliyi və qanunauyğunluğunu araşdırmağı tələb edib. Həmçinin SSRİ-nin dağılmasında günahkar olanların cəzalandırılmasını istəyib: “Putin oktyabrdakı çıxışında bildirdi ki, SSRİ-nin dağılması humanitar fəlakət idi.
25 milyon etnik rus öz iradələrinin əleyninə xarıcdə qalmalı oldular. SSRİ-nin dağılması milyonlarla insanın hüquqlarıın pozulması ilə müşayət olundu”. Deputat SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınması ilə bağlı komissiya yaradılması qərarını da qanunsuz hesab edib.






