
SSRİ dönəmindən qalan heykəllər götürülür - Foto
Vilnüs bələdiyəsi SSRİ dönəmindən qalan heykəllərin üstündə çat əmələ gəldiyi səbəbiylə götürüldüyünü açıqlayıb.
Musavat.com-un məlumatına görə, ancaq əsl səbəbin iki ölkə arasındakı gərginlik olduğu iddia edilir.
Litvanın paytaxtı Vilnüsdə Sovet vaxtından qalan son heykəllər də götürülüb.
Neris çayı üstündəki Yaşıl Körpü üzərində olan kominizim dönəmindən qalan dörd heykəl yerindən sökülüb.
Körpünün üstündə əsgər işçi fermer və tələbələri simvollaşdıran və 1952-ci ildə qoyulan dörd heykəl Litvanın paytaxtında Sovet Rusiyası dönəmini təmsil edən ən vacib əsərlər hesab olunub.
Vilnüs Böyükşəhər Bələdiyyəsi son illərdə heykəllər üzərində əmələ gələn çatların gedərək böyüməsi və yoldan keçənlər üçün təhlükə olması səbəbiylə heykəllərin götürülməsinə qərar verib.
Ölkədəki siyasi və diplomatik çevrələr isə heykəllərin götürülməsinin əsil səbəbinin Rusiyanın Krımı öz torpaqlarına qatmasından sonra iki ölkə arasında böyüyən siyasi və iqtisadi gərginlik olduğunu vurğulayıb.
Aygün Səfərli, musavat.com







