İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-dən ən axırda niyə Azərbaycan çıxdı? – Sülhəddin Əkbərlə Müstəqilliyin bərpası gündəmi CANLI-da...

800 18.10.2021 15:57 Gündəm A A

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir. Prezident İlham Əliyev 18 oktyabr təqvimi ilə bağlı mövqeyini açıqladı. Həm də ilk dəfə olaraq.

Dedi ki, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Dövlət başçısı bunun səbəbini belə izah edib:

“Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı.

Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.

Belə çıxır, müttəfiq respublikalar içində SSRİ-ni ən axırda tərk edən Azərbaycan olub?

Bu gün həm də Xudafərinin azad olunduğu, 200 illik ayrılığın simvolu olan körpünün üzərində üçrəngli bayrağın ucaldığı gündür. Prezident İ.Əliyevin müharibənin başa çatmasından bir həftə sonra azad olunmuş ərazilərə ilk səfərində - Cəbrayıl və Füzuliyə, Xudafərinə getməsi, bayrağı qaldırması təsadüfi deyildi. O da təsadüfi deyildi ki, Ərdoğanın Zəfər paradında Araz şeirinə İran adekvat olmayan aqressiya ilə reaksiya vermişdi: Tehran eyni aqressiya davam edir;

Bu gün TVMusavatın saat 16:15-də canlı yayınında o dövrdə müstəqilliyin bərpasına səs verən istiqlalçı deputatlardan biri, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər prosesləri şərh edəcək.

Eyni zamanda, Qarabağ gündəmi, sülhməramlıların fəaliyyəti, İran-Azərbaycan gərginliyi müzakirə masamızda olacaq. İran demişkən, Britaniyanın “MiddleEastMonitor” nəşri yazır ki, ölkəmizdə SEPAH-ın dəstəklədiyi “Hüseynün” hərəkatı var.
Bəs Britaniya nəşrinin iddialarını necə qəbul etmək lazımdır? İran Azərbaycanda “kolon” yaradıbmı? Sözügedən hərəkatın məqsədləri nədir?

Həmçinin, Elçibəy hakimiyyəti dövründə S.Əkbər MTN-nin 1-ci müavini çalışdığı üçün onunla 2015-ci ildə ləğv edilən bu struktur və Eldar Mahmudov işi haqda söhbətləşəcəyik. TVMusavatda gedən müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR