“Space” 104 FM radiosunun yayımı dayandırılıb
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun yayımı məhdudlaşdırılıb.
Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb. Bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.






