“SÖZ MÜSAVATINDIR”
Lakin AXCP-dən gələn məlumatlar ondan ibarətdir ki, bu istefaların birləşməyə heç bir maneçiliyi ola bilməz və hər şey veriləcək qərarlardan asılıdır. Həmçinin onlar hesab edirlər ki, birləşmənin uzanması ümumi məqsədlərə nail olmaq üçün atılacaq addımlara ziyandır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, istefaların birləşmə prosesinə tormozlayıcı təsir göstərməsini söyləmək üçün onların əlində ciddi əsaslar yoxdur. AXCP ilə Müsavatın birləşmə məsələsinin ciddi səbəb göstərilmədən yubanması iki nəfərə görə deyil: “Müsavatın 16 Divan üzvündən cəmi ikisi istefa verib gedib. Yerdə qalan 14 Divan üzvünün müsbət qərar verməsinə kim mane olur? Müsavat Məclisinin yaxın vaxtlarda sessiyası olacaq. Müsavat Nizamnaməsinə əsasən qurultayı gözləmədən Məclisin bu cür məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti vardır. Yəni istəsələr məsələni Məclisin iclasında həll edə bilərlər. Sual yarana bilər ki, kim mane olur bu qərarın qəbul olunmasına. Biz hesab edirik ki, bu məsələ birbaşa Müsavat rəhbərliyinin iradəsi ilə həll olunmalıdır. Kənar təsirlər yoxdur. Əgər iradə, həqiqi istək olacaqsa, birləşmək qərarı veriləcək”.
F.Qəhrəmanlı qeyd etdi ki, AXCP birləşmək barədə qərarını çoxdan qəbul edib. S.Əkbərlə İ.İbrahimlinin istefasından sonra yaranmış vəziyyətdə birləşməklə bağlı məsələdə nəzərlər xüsusilə Müsavat Partiyasına dikilib: “Müsavat ondan asılı olan addımı atmalıdır. Məsələyə aydınlıq gətirilməlidir. Diqqəti başqa məsələlərə yayındırmadan Müsavatın hansı addım atacağı gözlənilir. Söz Müsavatdadır. Biz AXCP olaraq onların atacağı addımı gözləyirik”.