Soyuq müharibə dövrünün məşhur amerikalı kəşfiyyatçısı İrvinq Ayzekson vəfat edib.
Axar.az xəbər verir ki, 103 yaşlı Ayzeksonun martın 28-də öldüyü bildirilib.
Qeyd edək ki, Ayzekson uzun illər Almaniya Demokratik Respublikasında SSRİ əleyhinə casusluq fəaliyyəti aparıb. Kəşfiyyat fəaliyyətini bitirdikdən sonra eks-casus “Həvəskar casusun memuarları” kitabını yazıb.
O, kitabında özünü Soyuq müharibə dövrünün ilk casusu adlandırıb. Almaniyada olan zaman o, SSRİ vətəndaşları və qoşunlarının hərəkətini izləməklə məşğul olub.






