İnsanlara hürriyət, millətlərə istiqlal!

Söyüdlüdə qızıl əvəzinə, “qızıl orta” axtarışı

1008 21.07.2023 08:58 Gündəm A A

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti də vəziyyətlə bağlı açıqlama yayıb

Gədəbəyin Söyüdlü kəndində monitorinqə məsul komissiya Nazirlər Kabinetinə təkliflər təqdim edib. Yayılan rəsmi məlumatda qeyd olunur ki, ərazidə fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığını almayıb:

“Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması yer alır. Təkliflər planına ərazidə beynəlxalq şirkətlərin iştirakı ilə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam yerinə yetirilməsi məsələləri daxil edilib. Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır”.

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti də açıqlama yayıb. Açıqlamada bildirilir ki, şirkətin ikinci tullantı anbarının tikintisi üçün seçdiyi sahə onun mövcud anbarına yaxındır və Azərbaycan hökuməti bunun üçün lazımi torpaq sahəsi ayırıb. “Anglo Asian Mining” bildirib ki, şirkət Gədəbəydə 2009-cu ildən fəaliyyət göstərir və bölgəyə əhəmiyyətli sosial və iqtisadi töhfələr verib. “Müvafiq olaraq, ikinci tullantı anbarının yeri ilə bağlı qəfil iğtişaşlar gözlənilməz oldu. Buna baxmayaraq, şirkət hökumətlə əməkdaşlıq edərək ikinci tullantı anbarının texniki və ekoloji aspektlərinin, o cümlədən təklif olunan yerin və digər müvafiq məsələlərin (”Ətraf Mühitin Tədqiqatı") yenidən qiymətləndirilməsinə razılıq verib", - açıqlamada vurğulanıb. Həmçinin qeyd olunub ki, Ətraf Mühitin Tədqiqatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan müstəqil beynəlxalq məsləhətçi tərəfindən aparılacaq. Şirkətin mühəndisləri və müstəqil məsləhətçiləri də prosesdə iştirak edəcəklər: “Şirkət hazırda hökumətlə Ətraf Mühitin Tədqiqatının necə aparılacağına dair protokolu razılaşdırır və onun yaxın günlərdə yekunlaşacağını gözləyir ”.

Xatırladaq ki, iyulun 14-də baş nazir Əli Əsədov Söyüdlü kəndində təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq “Anglo Asian Mining” şirkətinin qızıl mədənində fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edib.

AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Prezident İlham Əliyev Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrə münasibət bildirərək ayın sonuna qədər vəziyyətlə bağlı tapşırıq verib: “Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti dərhal komissiya yaratdı və monitorinqlərin aparılmasına başlandı. İlkin olaraq məsələləri tam araşdırılana qədər yatağın istismarı müvəqqəti dayandırıldı. Komissiya monitorinqin nəticələri əsasında mövcud vəziyyəti artıq təhlil edib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər  hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunub.

Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb. Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib. Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib".

Deputat əlavə edib ki, beynəlxalq ekspertlər qrupu da cəlb olunaraq Söyüdlüdəki ekoloji vəziyyətlə bağlı ayrı bir rəy də hazırlanaraq ictimaiyyətə açıqlanacaqdır: “Amma ilkin araşdırmalardan məlum olduğu kimi, mədən hasilatı ilə məşğul olan şirkət hasilat işlərini müvafiq qurumlarla razılaşdırmadan həyata keçirirdi. Bu da müəyyən qayda pozuntulara yol açmasına səbəb olub. Yekun nəticələr açıqlanandan sonra Söyüdlüdə mədən hasilatının ekologiyaya zərərin yetirilməsi ilə bağlı bütün məsələlər həll olunacağını hesab edirəm. Burada birinci növbədə ekologiyanın qorunması və kənd sakinlərinin sağlamlıqlarına dəyə biləcək hər hansı bir mənfi təsirə yol verilməməsidir. İstehsalçı şirkətin fəaliyyətinin davam etdirilməsi üçün onun qarşısında ciddi tələblər qoyulur. Bu, istehsal proseslərinin müasir texnologiyaların tətbiq edilməklə ekologiyaya zərər yetirmədən fəaliyyətini davam etdirməklə bağlı olmaqla yanaşı, həm də Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi ilə bağlıdır. Bu məsələyə çox ciddi reaksiya verilməsi və prosesin gedişatının nəzarətə alınması Prezident İlham Əliyevin siyasətinin təməlində insan faktorunun birinci yerdə dayandığını göstərir”.

Bu məsələlərlə bağlı ciddi təhlillər aparılsın" - AYDIN HÜSEYNOV

 Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Gədəbəyin Söyüdlü kəndində monitorinqə məsul  komissiya Nazirlər Kabinetinə təkliflər təqdim edib: “Yayılan rəsmi məlumatda qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalara riayət etməyərək pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığını almayıb. Müəssisə fəaliyyət istiqamətində bir neçə qanunsuzluqlara yol verdiyinə görə fəaliyyəti dayandırılıb. Hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması yer alır. Təkliflər planına ərazidə beynəlxalq şirkətlərin iştirakı ilə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam yerinə yetirilməsi məsələləri daxil edilib. Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır”.

“Qeyd edək ki,  Gədəbəyin Söyüdlü kəndində fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti də vəziyyətlə bağlı açıqlama yayıb. Bildirilib ki, şirkətin ikinci tullantı anbarının  tikintisi üçün seçdiyi sahə onun mövcud anbarına yaxındır və Azərbaycan hökuməti bunun üçün lazımi torpaq sahəsi ayırıb. “Anglo Asian Mining” bildirib ki, şirkət Gədəbəydə 2009-cu ildən fəaliyyət göstərir və bölgəyə əhəmiyyətli sosial və iqtisadi töhfələr verib.

“Müvafiq olaraq, ikinci tullantı anbarının yeri ilə bağlı qəfil iğtişaşlar gözlənilməz oldu. Buna baxmayaraq, şirkət hökumətlə əməkdaşlıq edərək ikinci tullantı anbarının texniki və ekoloji aspektlərinin, o cümlədən təklif olunan yerin və digər müvafiq məsələlərin (”Ətraf Mühitin Tədqiqatı") yenidən qiymətləndirilməsinə razılıq verib", - deyə Aydın Hüseynov vurğulayıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR