İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun və yaxınlarının ŞOK SƏRVƏTİ üzə çıxdı 

1959 19.07.2023 19:50 Maraqlı A A

Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin getdiyi bir vaxtda müdafiə naziri Sergey Şoyqunun ailəsi dəbdəbə içində üzür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yerli müxalif media onun ailəsinin və yaxınlarının milyardlarla rubl dəyərində aktivlərə sahib olduğu ilə bağlı yeni faktları üzə çıxarıb.

Məlumata əsasən, müharibədən bir il əvvəl Şoyqunun böyük qızı Yuliya Şoyquya Moskvanın mərkəzində 200 milyon rubl (təqribən 2 milyon 150 min ABŞ dolları) dəyərində iki mənzil hədiyyə olunub. Sövdələşmə elə qurulub ki, müdafiə naziri bu əmlakı bəyan etməyib.

Mənzillərin ümumi sahəsi 210 m2-dir. Mənzil nazir Manturovun övladlarının, eləcə də şou-biznes ulduzlarının yaşadığı “RiverSide” yaşayış kompleksində yerləşir. Əvvəllər həmin mənzildə tapança ilə intihar edən milyarder Dmitri Bosov yaşayırmış. Bosov özü vaxtilə müdafiə nazirinin ailəsi ilə yaxından əlaqəli olub. 2017-ci ildə o, Arktika yataqlarından kömür ixracının həyata keçirildiyi Şimal Dəniz limanını Şoyqunun kiçik qızı Kseniyaya “təhvil verib”.

Maraqlıdır ki, hər iki mənzil Yuliya və Kseniyaya havayı başa gəlib və bu, olduqca maraqlı sxemlə həyata keçirilib. Belə ki, 2019-cu ilin may ayında mənzilləri Sergey Şoyqunun baldızı Yelena Antipina alıb. 2021-ci ildə o, adı çəkilən əmlakı bacısı İrina Şoyquya (Sergey Şoyqunun xanımı) təhvil verib. Sonuncu isə bir neçə aydan sonra mənzilləri qızı və nəvəsinə bağışlayıb. Belə bir sxem RF müdafiə nazirinə 210 metrlik daşınmaz əmlakı bəyan etməkdən yayınmağa imkan verib. Eyni sxem Şoyqu ailəsi tərəfindən 2012-ci ildə həyata keçirilib. Həmin il İrina paytaxtın Mosfilmovskaya küçəsində 218 metrlik yaşayış sahəsinin sahibi olub və daha sonra onu qızına bağışlayıb.

Federal Vergi Xidmətindən yayılan məlumatlara görə, Şoyqunun baldızının hesablarında 1,5 milyard rubldan çox (təxminən 16 milyon 400 min ABŞ dolları) pul saxlanılır. Lakin onun gəliri və əmlakının maliyyə qaynaqları ciddi şübhə yaradıb.

2012-ci ildə Yelena Antipina naməlum vəsaitlə Rublyovkada mülk alıb. 2013-cü ildə isə o, artıq Moskva vilayətində 56,8 hektarlıq bir sahənin sahibəsinə çevrilib.

Sergey Şoyqunun baldızı hazırda “Knightsbridge Private Park” premium yaşayış kompleksində yerləşən 170 metrlik mənzildə yaşayır. Onun dəyəri təxminən 300 milyon rubl (3 milyon 270 min dollar) təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR