İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu: "Rusiya ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək"

1170 01.03.2022 13:56 Son xəbər A A

Ukraynadakı əməliyyatın əsas məqsədi Rusiya Federasiyasını Qərbdən gələn təhlükədən qorumaqdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Nazir bildirib ki, Ukrayna tərəfi yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında çoxsaylı reaktiv yaylım atəş sistemləri, silahlar və iriçaplı minaatanlar yerləşdirir, dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR